Yunanıstandakı qatar qəzasının səbəbi bəlli oldu

23:23 - 01 Mart 2023

Yunanıstandakı qatar qəzasının səbəbi bəlli oldu

Yunanıstanın Larisa şəhəri yaxınlığındakı qatar qəzasının səbəbi bəlli olub.

 

Manset.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.

Məlumata görə, qəzadan dərhal sonra saxlanılan Larisa şəhər vağzalının rəisi səhvə yol verdiyini etiraf edib:

“Mən səhvə yol verdim və minik qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım”.

Qeyd edək ki, Yunanıstanda qatarların toqquşması nəticəsində 36 nəfər ölüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv