PFL rəsmisi “Vilyarreal”ın oyununa təyinat aldı

21:48 - 1 Mart 2023

PFL rəsmisi “Vilyarreal”ın oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb.

 

Manset.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, o, Belçikada “Anderlext” və İspaniyanın “Vilyarreal” komandaları arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, martın 9-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin