Almaniyanın müdafiə naziri: Ordumuzun ölkəni müdafiə etməyə gücü çatmır

21:19 - 1 Mart 2023

Almaniyanın müdafiə naziri: Ordumuzun ölkəni müdafiə etməyə gücü çatmır

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya ordusunun ölkəni müdafiə etmək gücündə olmadığını bildirib.

 

Manset.az-ın Bild qəzetinə istinadən xəbərinə görə, Pistorius deputatlara "Hücum qarşısında müdafiə oluna bilən silahlı qüvvəmiz yoxdur" deyib.

Ölkəsinin NATO ittifaqındakı öhdəliklərini xatırladan Pistorius, müttəfiqlik öhdəliklərimizi yerinə yetirməliyik.Keçmişdə bunu etməmişik deyib.

Müdafiə naziri Pistorius qeyd edib ki, alman ordusuna lazım olan silah və texnika gecikmədən alınmalıdır.

Jalə

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin