Azərbaycanın torpaqlarını azad etməsi tam ədalətlidir - Vitse-prezident

19:55 - 1 Mart 2023

Azərbaycanın torpaqlarını azad etməsi tam ədalətlidir - Vitse-prezident

"Azərbaycanın torpaqlarını azad etməsi tam ədalətlidir".

 

Manset.az xəbər verir ki, bunu Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesa Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Kubanın Vitse-prezidenti Salvador Antonio Valdes Mesa Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşünə uğurlar arzulayıb. Qonaq diqqətə çatdırıb ki, Kuba qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır.

Vitse-prezident Azərbaycanın QH-yə sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib.

Kubalı qonaq, həmçinin qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi tam ədalətlidir. O, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin