Türkiyədə yalnız Azərbaycan xilasediciləri qalıb

19:52 - 1 Mart 2023

Türkiyədə yalnız Azərbaycan xilasediciləri qalıb

Bu gün Türkiyədə yalnız Azərbaycanın xilasedicilər qrupu qalıb.

 

Manset.az xəbər verir ki, bu barədə jurnalistlərə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, digər bütün axtarış-xilasetmə qrupları artıq öz ölkələrinə geri dönüblər.

"Bildirmək istəyirəm ki, azərbaycanlı xilasedicilər 53 Türkiyə vətəndaşının həyatını xilas edib, onlardan 17-si uşaqdır. Onlar, həmçinin dağıntıların altından 780 nəfər həlak olan vətəndaşın cəsədini çıxarıblar",- nazir müavini deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Qeyd edək ki, Azərbaycan Respublikası FHN xilasediciləri Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə ezam olunmuşdular.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin