Yunanıstanın nəqliyyat naziri istefa verdi - SƏBƏB

19:43 - 1 Mart 2023

Yunanıstanın nəqliyyat naziri istefa verdi - SƏBƏB

Yunanıstanın mərkəzində 36 nəfərin ölümü ilə nəticələnən qatar qəzasından sonra ölkənin nəqliyyat naziri Kostas Karamanlis istefa verib. 

 

Manset.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

“Mən bunu insanların xatirəsinə hörmətin minimal bir əlaməti kimi etməyi, dövlətin və siyasi sistemin uzun müddətdir davam edən səhvlərinə görə məsuliyyəti öz üzərimə götürməyi öz borcum hesab edirəm”, - nazir deyib.

Qeyd edək ki, qəza nəticəsində 36 nəfər həlak olub, 85 nəfər yaralanıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin