Heydər Əliyev Mərkəzində yeni TƏYİNAT- FOTO

18:02 - 1 Mart 2023

Heydər Əliyev Mərkəzində yeni TƏYİNAT- FOTO

Prezident İlham Əliyevin Sərəncamı ilə Fərqan Novruzov Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin olunub.

 

Manset.az xəbər verir ki, Fərqan Novruzov bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışıb.

O, 2009-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2011-ci ildə Fransanın Strasburq Universitetinin siyasi elmlər ixtisası üzrə, 2012-ci ildə isə həmin universitetin hüquq ixtisası üzrə magistr dərəcəsini alıb. 2017-2020-ci illərdə Azərbaycan Beynəlxalq Bankının hüquq departamentinin direktoru olub. Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. /Qafqazinfo



Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin