Xəzəryanı dövlətlərin hidrometeorologiya xidmətlərinin Koordinasiya Komitəsinin növbəti sessiyası keçirildi

17:43 - 1 Mart 2023

Xəzəryanı dövlətlərin hidrometeorologiya xidmətlərinin Koordinasiya Komitəsinin növbəti sessiyası keçirildi

 Milli Hidrometeorologiya Xidmətinin ev sahibliyi ilə Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (КАSPKOM) 6(26)-cı sessiyası keçirilib.

 

Manset.az xəbər verir ki, onlayn keçirilən sessiyada KASPKOM-un üzv ölkələrinin hidrometeorologiya qurumlarının nümayəndələri iştirak edib.

 Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev açılış nitqi ilə çıxış edərək Xəzər dənizi kimi mürəkkəb və ekoloji cəhətdən həssas ekosistemin mühafizəsi üçün Xəzəryanı ölkələrin səfərbər olmasının, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, Milli Hidrometeorologiya Xidmətinin rəsmiləri ölkəmizdə  hidrometeoroloji vəziyyət, Xəzər dənizinin mühafizəsi ilə bağlı ekoloji fəaliyyət, “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə mütəmadi aparılan monitorinq ekspedisiyaları və hidrometeoroloji araşdırmaları əks etdirən təqdimatla çıxış edərək iqlim dəyişmələrinin artan təsirlərinin qarşısının birgə səylərlə alınması barədə məlumat verib və sessiya iştirakçılarının suallarını cavablandırıb.

 Sessiya zamanı üzv ölkələrin hidrometeorologiya xidmətlərinin nümayəndələri tərəfindən hidrometeorologiya sahəsində milli fəaliyyətlərin hazırki vəziyyəti və perspektivləri barədə təqdimatlar nümayiş etdirilib. Xəzər dənizinin səviyyəsinin gələcək tendensiyasına dair müxtəlif ssenarilərə baxılıb, eyni zamanda Xəzər dənizinə əsas axın təşkil edən iri çayların sululuğunun son illərdə azalmasına dair narahatlıq ifadə olunub.

Bundan əlavə, sessiyada KASPKOM-un prosedur qaydaları, iqlim bülletenləri, Xəzər dənizi ekosisteminin qorunması konvensiyası üzrə keçirilməsi planlaşdırılan tədbirlər, Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin növbəti 7 (27)-ci sessiyası ilə bağlı məsələlər ətraflında müzakirələr aparılıb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin