Rusiyada bu şəxslərə xarici sözlərdən istifadə QADAĞAN EDİLDİ

16:34 - 1 Mart 2023

Rusiyada bu şəxslərə xarici sözlərdən istifadə QADAĞAN EDİLDİ

Rusiya prezidenti Vladimir Putin dövlət məmurlarına rəsmi sənədlərdə və mesajlaşmalarda xarici dilli sözlərdən istifadə etməyi qadağan edən qanunu imzalayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qanunda deyilir ki, “Rusiya Federasiyasının dili kimi rus dilindən istifadə edilərkən müasir rus dilinə uyğun olmayan söz və ifadələrdən istifadə etmək qadağandır”.

Bildirilib ki, rus dilində çox işlənməyən ifadələr bu qaydadan azad ediləcək.

Dövlət komissiyası dövlət məmurlarının istifadə edə biləcəyi əcnəbi sözlərin siyahısını dərc edəcək.

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin