Prezident onu PA-dan işdən çıxartdı - Nazir müavini təyin etdi (SƏRƏNCAM+FOTO)

16:29 - 1 Mart 2023

Prezident onu PA-dan işdən çıxartdı - Nazir müavini təyin etdi (SƏRƏNCAM+FOTO)

Prezident İlham Əliyevin Sərəncamı ilə Səadət Yusifova Mədəniyyət nazirinin müavini təyin edilib.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səadət Yusifova bu təyinatadək Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014-2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur.

Səadət Yusifova nazir müavini təyin edildi


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin