Ümumdünya GSM Assosiasiyası bir çox ölkədə 2025-ci ilə qədər 5G texnologiyasının tətbiqi ilə 5G qoşulmalarının sayının iki dəfə artacağını gözlənildiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təkcə bu il 30-dan çox ölkədə yeni 5G şəbəkələri tətbiq olunacaq. Bu il 5G-nin bir çox ölkədə yayılması “5G-nin ikinci dalğası” kimi xarakterizə olunur.
Bildirilir ki, 2023-cü ildə istifadəyə veriləcək yeni 5G şəbəkələrindən 15-i yalnız 5G-ni dəstəkləyən və 4G-dən asılı olmayan şəbəkələrdən ibarət olacaq. 5G-nin istifadə olunduğu ölkələrin sayının artması və texnoloji yeniliklər hesabına 2025-ci ilə qədər 5G əlaqələrinin iki dəfə artacağı gözlənilir.
Ötən ilin sonunda 5G-də istehlakçı qoşulmalarının sayı 1 milyardı ötüb. Əlaqələrin bu il 1,5 milyarda, 2025-ci ilin sonuna isə 2 milyarda çatacağı proqnozlaşdırılır.
Manşet.az