İsveçrə Qərbin Ukraynaya silah göndərməsinin qarşısını alır

15:58 - 1 Mart 2023

İsveçrə Qərbin Ukraynaya silah göndərməsinin qarşısını alır

ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal” Qərbin Ukraynaya silah göndərməsinə İsveçrənin maneə olduğunu yazıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəbərdə İsveçrənin əsrlərdir davam etdirdiyi neytrallıq siyasətinin NATO ölkələrinin Ukraynaya silah tədarükünə maneə yaratdığı bildirilib.

Qeyd olunub ki, İsveçrə böyük silah istehsal gücünə malik olsa da, tərkibində ölkədə istehsal olunan hissələri olan hər hansı silahın başqa ölkədən Ukraynaya tədarük edilməsinə icazə verilmir.

İsveçrə prezidenti İnazio Kassis də müharibə zamanı silah tədarük etməyəcəklərini dəfələrlə bildirib.

Ukraynadan olan xüsusi komitə bu siyasətin dəyişdirilməsini tələb etmək üçün İsveçrənin paytaxtı Bernə səfər etməyi planlaşdırır. Səfərin nə vaxt baş tutacağı ilə bağlı məlumat paylaşılmayıb.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin