İşdən çıxarılan deputat-direktorun yerinə TƏYİNAT

15:19 - 1 Mart 2023

İşdən çıxarılan deputat-direktorun yerinə TƏYİNAT

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Sara Əzimova öz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu vəzifəni həmin məktəbdə dərs hissə müdiri vəzifəsində çalışmış Tahirə Qasımova icra edəcək.

Qeyd edək ki, 12 nömrəli məktəbin əvvəlki direktoru, Naxçıvan Ali Məclisinin deputatı Turan Məmmədli ötən ay müəllimlərlə yaşadığı qalmaqala görə vəzifəsindən uzaqlaşdırılmışdı.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin