Almaniya və İtaliya Aİ-nin bu planına qarşı çıxdı

15:09 - 1 Mart 2023

Almaniya və İtaliya Aİ-nin bu planına qarşı çıxdı

Keçən ay Avropa Parlamentinin Baş Assambleyasında təsdiqlənən və Aİ ölkələrində satılacaq yeni avtomobillər və yüngül kommersiya avtomobillərinə sərt karbon emissiya standartları gətirəcək tənzimləmə, Aİ-nin əsas avtomobil istehsalçısı ölkələrinin reaksiyasına səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya və İtaliya, Avropa İttifaqında 2035-ci ildən sonra daxili yanma mühərriki olan yeni avtomobillərin satışını qadağan etmək cəhdinə qarşı çıxıb.

Almaniyanın nəqliyyat naziri Volker Vissinq ölkəsinin 2035-ci ildən etibarən Aİ ölkələrində satılacaq bütün yeni avtomobillərin və daxili yanma mühərrikli yüngül kommersiya vasitələrinin qadağan edilməsi planını dəstəkləməyəcəyini açıqlayıb.

Sözügedən planı dəstəkləmək üçün Aİ-nin bərpa olunan enerji və havada karbon dioksidi tutaraq istehsal edilən sintetik yanacaqlara istisna tətbiq etməsi lazım olduğuna diqqət çəkən Vissinq, Aİ Komissiyasının hələ bu mövzuda tənzimləmə təklifi hazırlamadığını ifadə edib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin