Federasiyadan “Qalatasaray”a “siyasi şüar” XƏBƏRDARLIĞI

14:54 - 1 Mart 2023

Federasiyadan “Qalatasaray”a “siyasi şüar” XƏBƏRDARLIĞI

“Qalatasaray” Türkiyədə baş verən ardıcıl zəlzələlərdən əziyyət çəkən vətəndaşlara yardım üçün “Adana Demirspor”la yoldaşlıq oyunu keçirəcək. Martın 4-də təşkil olunacaq matçdan əldə ediləcək bütün gəlir zəlzələ qurbanlarına bağışlanacaq.

 

Manset.az xəbər verir ki, İstanbul klubu öz meydanında keçirəcəyi sözügedən qarşılaşmaya ciddi hazırlıq görür. Ancaq oyun ərəfəsində “sarı-qırmızılar” problemlə üzləşiblər.

Məlumata görə, “Qalatasaray”ın bir qrup azarkeşi matçda siyasi şüarlar səsləndirmək niyyətindədir. Türkiyə Futbol Federasiyası bununla əlaqədar kluba xəbərdarlıq edib. Ölkə futbol qurumundan bildirilib ki, əgər belə hal yaşanarsa, komanda mövsümün qalan hissəsini azarkeşsiz keçirməli olacaq.

Klub məsələ ilə bağlı ehtiyat tədbirlərinə başlayıb. “Qalatasaray” işlərin onlar üçün yaxşı getdiyi dövrdə hər hansı cəza ilə üzləşmək istəmir. Bu səbəbdən artıq azarkeş qruplarının rəhbərləri ilə görüşlər planlaşdırılıb. Onlardan daha ehtiyatlı davranmaları, kluba problem yaratmamaları istəniləcək.

Xatırladaq ki, daha əvvəl oxşar hala görə “Fənərbağça” azarkeşlərinin Super Liqanın XXIV turunda keçiriləcək “Kayserispor”la səfər matçında tribunada olmalarına qadağa qoyulub.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin