“Türkiyə zəlzələ fırtınasına “tutulub” - Ərdoğan

14:47 - 1 Mart 2023

“Türkiyə zəlzələ fırtınasına “tutulub” - Ərdoğan

“Ölkə olaraq, həqiqətən, ağrılı günlərdən keçirik”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş Malatyanın Doğanşehir rayonunda açıqlaması zamanı deyib.

O qeyd edib ki, təkcə millətin deyil, yəqin ki, bəşəriyyətin ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzə qalıblar.

“Əsrin fəlakəti olaraq müəyyən edilən 6 fevral zəlzələlərində 11 vilayətdə 44 374 insan həyatını itirdi. 115 mindən çox vətəndaşımız yaralı olaraq dağıntılar altından xilas edildi. Fəlakətin ilk günlərindən xüsusilə pis hava şəraiti, zəlzələ bölgəsində qrupların fəaliyyətini dayandırması, qəzalı yollar nəqliyyatı çətinləşdirdiyi kimi, əlimizdə olmayan səbəblərlə birlikdə çətin günlər keçirdik.

Türkiyə zəlzələ fırtınasına “tutulub”. Zəlzələlərin qarşısını ala bilmirik. Bizə düşən odur ki, infrastrukturu olan təhlükəsiz yerlər, evlər, məktəblər tikək. Zəlzələdən sonra isə ən sürətli və ən təsirli fövqəladə yardım işlərini həyata keçirək və dağıntıları kompensasiya edək. Hər iki sahədə ölkəmiz son 20 ildə keçmişlə müqayisə olunmayacaq qədər irəliləyiş əldə edib”, - deyə Türkiyə lideri bildirib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin