Məşhur müğənninin 3 ilədək həbsi tələb edildi – FOTO

13:42 - 1 Mart 2023

Məşhur müğənninin 3 ilədək həbsi tələb edildi – FOTO

Türkiyəli müğənni Gülşənin İmam Hatip tərəfdarları haqqında söylədiyi “Əvvəllər İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir” sözlərinə görə gözlənilən həbs işi ilə bağlı rəy açıqlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, prokurorluq Gülşənin “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq” ittihamı ilə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə əhalinin müxtəlif sosial sinif xüsusiyyətlərinə malik bir hissəsinin açıq şəkildə digər təbəqəyə qarşı nifrət və düşmənçiliyə sövq edildiyi, ayrı-seçkiliyə məruz qaldığı, təqsirləndirilən şəxsin sözlərində təxribat və düşmənçilik xarakterli münasibət və davranışlar nümayiş etdirməyə yönəlmiş ifadələrin yer aldığı qeyd edilib.

Alınan müdafiə çıxışlarından sonra aralıq qərarını elan edən məhkəmə, tərəflərə əsaslı rəyə qarşı müdafiə üçün vaxt verilməsinə qərar verib. Məhkəmə mayın 3-nə təxirə salınıb.

Manşet.az



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin