Alimlər zamanı geri çəkdilər - İnqilabi kəşf

13:17 - 1 Mart 2023

Alimlər zamanı geri çəkdilər - İnqilabi kəşf

Beynəlxalq tədqiqatçılar qrupu kvant dünyasının qeyri-adi xüsusiyyətlərindən istifadə edərək müəyyən bir sistemin saatını sürətləndirmək, yavaşlatmaq və hətta tərsinə çevirmək üçün bir yol tapdıqlarını iddia edir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avstriya Elmlər Akademiyası və Vyana Universitetinin rəhbərlik etdiyi komanda bildirir ki, “geri çəkmə protokolu” adlandırdıqları sistemi inkişaf etdirərək istənilən hissəciyi (elektron, proton və ya muon) əvvəlki vəziyyətinə qaytara bilirlər.

Kvant fizikası iki qeyri-adi hadisəni əhatə edir: superpozisiya (hissəcik eyni zamanda bir vəziyyətdə, başqa vəziyyətdə və ya hər ikisində ola bilər), dolaşıqlıq (hətta aralarında uzun məsafələr olsa belə, burada bir hissəciyə təsirin eyni anda digərinə olması).

Son təcrübələrdən sonra komanda bu kvant hissəciklərinin bərpa oluna və ya əvvəlki vəziyyətinə qaytarıla biləcəyini aşkar edib.

Tədqiqatçılar öz təcrübələrində işığın əsas vahidi olan fotonları kristaldan keçiriblər. Beləliklə, onlar "kvant keçidi" adlı eksperimental cihazdan istifadə edərək, işıq hissəciyini ilkin vəziyyətinə qaytarıblar.

Komanda təcrübədən əldə etdikləri nəticələri “Physical Review X”, “Quantum”, “Arxiv”, “Physical Review Letters” və “Optica” jurnallarında dərc edilmiş altı fərqli məqalədə ətraflı izah edib.

Manşet.az


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin