“iPhone” görünüşlü silah ələ keçirildi

12:42 - 1 Mart 2023

“iPhone” görünüşlü silah ələ keçirildi

Qərbi Avstraliya polisi narkotik satıcısının evində apardığı əməliyyat-axtarış tədbirləri zamanı qəribə görünüşlü iPhone ələ keçirib. Cihazın gizli silah olduğu ortaya çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tapançanın heç bir lisenziyası olmadığı və kiminsə adına rəsmiləşdirilmədiyi üçün qaçaqmalçılıq yolu ilə gətirildiyi məlum olub. Polis smartfona bənzər silahın saxta olub olmadığını yoxlayacağını açıqlayıb.

Polis tərəfindən müsadirə edilən iPhone tapançası ötən ilə qədər fəaliyyət göstərmiş, hazırda fəaliyyət göstərməyən “İdeal Conceal” adlı şirkət tərəfindən hazırlanırdı.

Şirkət gizli smartfon kimi görünən silahın istehsalını artıq başa çatdırsa da, hələ də silahı keçmişdə almış insanlar tərəfindən istifadə olunur.

Açıldığında tapançaya çevrilən modelin hava limanları kimi yerlərdə təhlükəsizlik yoxlamalarından yayına bilməsi ehtimalına diqqət yetirilir.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin