Putin sevgilisi üçün "Rusiyanın ən böyük evi"ni aldı - FOTO

11:55 - 1 Mart 2023

Putin sevgilisi üçün

Rusiya prezidenti Vladimir Putinin “gizli sevgilisi” olduğu deyilən keçmiş olimpiya idmançısı Alina Kabayevaya illərdir sərvət xərclədiyi iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyada müxalifətin qadağan olunmuş “Project” saytı, Putin ən azı üç uşaq anası olduğu deyilən Kabayeva üçün “Rusiyanın ən böyük evi”ni aldığını irəli sürüb. Şəhərin kənarındakı taxta evin keçmiş gimnastın gizli sahib olduğu bir çox yaşayış yerlərindən biri olduğu bildirilir.

Qeyd olunub ki, Kabayeva üçün xüsusi olaraq tikilən villada uşaqlar üçün çoxlu oyun meydançaları var.

Project-in hesabatına əsasən, Putin heç vaxt açıqlamadığı gizli sevgilisi üçün bir qismi qeyri-qanuni yolla əldə edilən milyonlarla funt-sterlinq xərcləyib.

Rusiya liderinin sevgilisi üçün aldığı mülklər arasında Soçidə 2600 kvadratmetrlik villa da var. Putinə yaxın şəxs olan Oleq Rudnovun adına rəsmiləşdirilən 20 otaqlı villada kinoteatr, hovuz, helikopter meydançası və spa kimi xüsusi yerlər də var.

Putinin sevgilisinə məxsus digər mülklər Kabayevanın nənəsi Anna Zatsepilina və digər qohumlarının qeydiyyatındadır. Zatsepilinada rəsmi qeydiyyatdan keçmiş əmlakların dəyəri 10 milyon funt sterlinqdir.

O da əlavə edilib ki, Putinin sevimli sığınacağı olan Valday gölünün sahilindəki villa Müdafiə Nazirliyi tərəfindən quraşdırılan hava hücumundan müdafiə sistemi ilə qorunur. Putinin bu evə gizli qatar stansiyasından yola düşərək zirehli qatarla getdiyi bildirilir.

Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalni daha əvvəl Putinə məxsus olduğu deyilən iqamətgahların fotolarını dərc etmişdi. Bu mülklərin dövlət vəsaiti hesabına əldə edildiyi iddia edilirdi.

Manşet.az



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin