Almaniya Putinə ÇAĞIRIŞ ETDİ

11:07 - 1 Mart 2023

Almaniya Putinə ÇAĞIRIŞ ETDİ

Almaniya Rusiyanı ABŞ ilə imzaladığı Yeni Strateji Silahların Azaldılması Müqaviləsinə (Yeni START) qayıtmağa çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cenevrədə BMT-nin Silahsızlanma Konfransında çıxış edən Almaniyanın Xarici İşlər naziri Annalena Beyrbok bildirib ki, Yeni START ABŞ və Rusiya arasında qalan nüvə silahlarına nəzarət üzrə sonuncu sazişdir.

O, Rusiyanı bu mövzuda ABŞ ilə dialoqu davam etdirməyə dəvət edərək Yeni START-ın ikitərəfli razılaşma olduğunu da xatırladıb:

"Amma bu saziş həm də planetdəki hər bir dövlət üçün qlobal sabitliyin və təhlükəsizliyin təminatçısıdır. Biz Vladimir Putini Yeni START-a qayıtmağa və saziş üzrə ABŞ-la dialoqu bərpa etməyə çağırırıq. Mən ürəkdən inanıram ki, bu, bütün dünyada hamımıza fayda verəcəkdir".

Manşet.az


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin