ABŞ Federal Təhlükəsizlik Bürosu (FBI) pandemiyanın başlanğıcından bəri ilk dəfə olaraq virusun mənşəyi ilə bağlı fikirlərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, FTB-nin direktoru Kristofer Urey, koronavirusun Çin hökumətinin nəzarəti altında olan bir laboratoriyadan sızdığını söyləyib.
Uray, bunun bir qurum olaraq FTB-nin rəyi olduğunu açıqlayıb:
“FTB bir müddətdir ki, pandemiyanın laboratoriya ilə əlaqəli bir hadisə nəticəsində başladığını düşünür. Çin pandemiyanın mənşəyini dəqiqləşdirmək və faktları gizlətmək cəhdlərinin qarşısını almaq üçün əlindən gələni edir. Bu, bizim hamımız üçün çox təəssüf doğurur”.
Manşet.az