"Səyyar qəbul otağı" Naftalan şəhər sakinlərinin ixtiyarına verildi - FOTOLAR

10:12 - 1 Mart 2023

"Açıq mikrofon” aksiyası fevral ayının son günü Naftalan şəhərində keçirilib.

 

Manset.az xəbər verir ki, aksiyada ilk olaraq Gəncə RQİİ-nin rəisi Taleh Şamradov çıxış edib. Region rəisi abonentlərin qaz təchizatında üzləşdiyi problemlərin  hər zaman həllinə çalışdıqlarını bildirib. Naftalan Şəhər İcra Hakimiyyəti nümayəndələrinin də iştirakı ilə davam edən aksiyada növbə sakinlərə çatıb.

Müraciət edən 15 sakindən 13-ü havaların kəskin soyuduğu zaman qaz təchizatı ilə bağlı heç bir problemin yaşanmadığı üçün SOCAR rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Digər  2 abonentin müraciəti  isə işə qəbul və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub.

İstər mikrofon  önündə, istərsə də mikrofondan kənar edilən hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.



Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin