Naxçıvanla bağlı daha bir SƏRƏNCAM

23:31 - 28 Fevral 2023

Naxçıvanla bağlı daha bir SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi qaydası müəyyənləşib.

 

Manset.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 27 fevral tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminə qoşulanadək kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin