İranın cənub-qərbində zəlzələ oldu

22:51 - 28 Fevral 2023

İranın cənub-qərbində zəlzələ oldu

İranın cənub-qərbindəki Fars əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu haqda məlumatı İranın Milli Seysmoloji Mərkəzi yayıb. Məlumata görə, episentri Fars əyalətində olan 4,6 bal gücündə zəlzələ yerli vaxtla saat 19.28-də qeydə alınıb.

Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.

Zəlzələdən sonra itkilərin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, fevralın 21 və 22-də əyalətin Dorz kəndində 5,2 və 5,5 bal gücündə zəlzələlər baş verib.

Jalə

Manşet.az


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin