Kahramanmaraş mərkəzli zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Adıyamanın Besni rayonunda 2 keçi 21 gün sonra dağıntılar altından çıxarılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pınarbaşı məhəlləsində 3 mərtəbəli mənzilin aşağı mərtəbəsində yerləşən anbarda dağıntılar altında qalan 2 keçi zəlzələdən 21 gün sonra xilas edilib.
Keçilərin sahibi Hacı Gültən deyib ki, keçilərin sağ olduğunu anlayıb onları xilas ediblər.
Jalə
Manşet.az