Müğənni Dilarə Kazımova daha bir səs-küylü fotosessiyasını təqdim edib.
Manset.az xəbər verir ki, sənətçi çəkisi 10 kq olan qızılı korsetlə obyektiv qarşısına keçib. Kazımovanın şəkillərini fotoqraf Ruslan Nəbiyev lentə alıb.
Pop ulduzun obrazı üzərində Cabir Əliyev çalışıb. Rusiyada populyar simalarla əməkdaşlıq edən dizayner Saşa Amplitudanın müəllifi olduğu aksesuarın qiyməti 2 min manatdır.
Sənətçi sözügedən fotoları sosial mediada paylaşaraq, bu sözləri yazıb:
"Bir baxış bəsdir ehtiras oyandıra. "ALOV" tezliklə..."