Vətən müharibəsinin daha 55 iştirakçısı polisə qəbul olundu

18:53 - 28 Fevral 2023

Vətən müharibəsinin daha 55 iştirakçısı polisə qəbul olundu

Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 366 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 55 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin