ABŞ administrasiyası TikTok-la bağlı 30 gün vaxt verdi

15:31 - 28 Fevral 2023

ABŞ administrasiyası TikTok-la bağlı 30 gün vaxt verdi

ABŞ hökumət qurumlarına TikTok-un rəsmi telefonlarda istifadəsinə qadağa tətbiq etmək üçün 30 gün vaxt verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Ev ABŞ-ın İdarəetmə və Büdcə Ofisinin (OMB) direktoru Şalanda Yanq tərəfindən imzalanmış qadağa ilə bağlı sirkulyar dərc edib.

Sirkulyar, Çin Kommunist Partiyasının istifadəçi məlumatlarına girişə icazə verə biləcəyinə dair şübhələrdən sonra, dekabr ayında qəbul edilən Konqres qanunvericiliyinə uyğun olaraq, TikTok tətbiqinin sahibi ByteDance-in federal hökumət telefonlarında və sistemlərində TikTok-dan istifadəsinə qadağa qoyulduqdan sonra verilib.

Mövzu ilə bağlı verdiyi açıqlamada OMB Federal İnformasiya Təhlükəsizliyi Başçısı Chris DeRuşa, 30 gün ərzində həyata keçirilməli olan direktivin rəqəmsal infrastrukturun təhlükəsizliyini təmin etmək və Amerika xalqının təhlükəsizliyini və məxfiliyini qorumaq məqsədi daşıdığını bildirib.

TikTok qadağası milli təhlükəsizlik, hüquq-mühafizə və ya təhlükəsizlik araşdırmalarında istifadə edilən rəsmi cihazları əhatə etmir.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin