Zəlzələlər milyardlarla dollar ziyana səbəb oldu - RƏQƏM

15:24 - 28 Fevral 2023

Zəlzələlər milyardlarla dollar ziyana səbəb oldu - RƏQƏM

Dünya Bankı fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərin Türkiyə iqtisadiyyatına təsirini qiymətləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dünya Bankı Kahramanmaraşda baş verən zəlzələlərin 34 milyard dollardan çox maddi ziyana səbəb olduğunu açıqlayıb. Fəlakətin qiymətləndirilməsi hesabatında o da qeyd olunub ki, zamanla artacaq təkanlar və zərər təxminləri arta bilər.

Sürətli zərər qiymətləndirmə hesabatına görə, zəlzələlər 34 milyard 200 milyon dollar fiziki ziyana səbəb olub. Hesabatda zəlzələlərin vurduğu zərərin dəyəri Türkiyənin 2021-ci ildə ÜDM-nin 4%-nə bərabərdir.

Bu zərərin afterşoklarla daha da arta biləcəyi bildirilib.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin