İlon Mask ChatGPT ilə rəqib olur

14:41 - 28 Fevral 2023

İlon Mask ChatGPT ilə rəqib olur

SpaceX və Twitter şirkətlərinin sahibi İlon Mask OpenAI tərəfindən hazırlanmış süni intellekt chatbotu ChatGPT-yə rəqib olacaq yeni laboratoriya yaratmaq üçün süni intellekt tədqiqatçılarına müraciət edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask ChatGPT ilə rəqabət apara biləcək bir komanda yaratmaq üçün Alphabet-in DeepMind süni intellekt bölməsindən bu yaxınlarda ayrılmış tədqiqatçı İqor Babuşkini işə götürür.

Mask və Babuşkin arasında süni intellekt tədqiqatlarını davam etdirmək üçün komanda yaratmaq barədə müzakirələr aparıldığı, lakin layihənin hələ ilkin mərhələdə olduğu və konkret məhsulların hazırlanması ilə bağlı hələlik konkret planların açıqlanmadığı bildirilir.

Babuşkin hələ də Maskın yeni təşəbbüsünü rəsmən imzalamayıb.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin