Fransada hökumət sudan istifadə ilə bağlı əmr verdi

13:53 - 28 Fevral 2023

Fransada hökumət sudan istifadə ilə bağlı əmr verdi

Fransada hökumət qubernatorlara quraqlığın səbəb olduğu su çatışmazlığını azaltmaq üçün məhdudlaşdırıcı tədbirlər görmələri barədə xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ekoloji keçid və regional uyğunlaşma naziri Kristof Beçu ölkənin materik torpaqlarında hökm sürən quraqlıq dalğasına qarşı qubernatorlarla görüşüb.

Beçu qubernatorlardan qış aylarında yağıntı qıtlığının yaşandığı ölkədə yayda quraqlıq ehtimalının yüksək olması səbəbindən sudan istifadəyə qənaət tədbirlərini artırmağı istəyib.

Bu yol xəritəsinin bir hissəsi olaraq, hökumət qubernatorları martın 6-da yenidən toplayacaq.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin