Kahramanmaraş zəlzələsini əvvəlcədən bilən "zəlzələ kahini" dəqiq tarix verərək xəbərdarlıq etdi

10:43 - 28 Fevral 2023

Kahramanmaraş zəlzələsini əvvəlcədən bilən

Kahramanmaraş mərkəzli zəlzələlərdən 3 gün əvvəl sosial media hesabından xəbəri olduğu ortaya çıxan "zəlzələ peyğəmbəri" ləqəbli məşhur zəlzələ mütəxəssisi Frank Hoogerbeets növbəti açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, martın 3-ü və ya 4-ü Yer, Merkuri və Saturn planetlərinin bir-birinə yaxınlaşacağını bildirən Hoogerbeets bunun dünyada zəlzələyə səbəb ola biləcəyini bildirib:

"Mart ayının ilk həftəsi çox kritikdir. 2-də biz kritik planet həndəsəsinin yaxınlaşmasını görürük. Bu çox vacib olacaq. Ayın 2-də 9 saat sonra Yerin də daxil olduğu planetar birləşmə baş verəcək. Bu Yer, Merkuri və Saturndur.Bu kritik olacaq.

Nəticədə, ayın 3-ü və ya 4-ü ətrafında böyük seysmik hadisə baş verə bilər. Tam ay və ya ayın 6-dan 7-nə kimi də ola bilər. Mən şişirtmirəm. Mən qorxu yaratmağa çalışmıram. Bu xəbərdarlıqdır. Çünki kritik planet həndəsəsinin seysmik hadisələrə səbəb olduğu bilinir. Biz bunu qiymətləndirməməliyik”.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin