Ronaldinyo Bakı səfərindən paylaşım etdi - VİDEO
14 Noyabr 2024
17:01 - 29 Avqust 2021
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 417 996 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib. 51 315 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 536, bu günə qədər isə ümumilikdə 4 431 053 test icra olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin