Daşkəsən sakini Kəlbəcərdə minaya düşdü

16:57 - 29 Avqust 2021

Daşkəsən sakini Kəlbəcərdə minaya düşdü

Daşkəsən rayon sakini Kəlbəcər ərazisində minaya düşüb.

Manset.az xəbər verir ki, rayonun Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu Daşkəsəndən Kəlbəcər ərazisinə keçən atını gətirmək istəyən zaman minaya düşüb.

O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun ayağı topuqdan aşağı kəsilib.

Məlumat üçün bildirək ki, Ş.Tağıyev Kəlbəcərə yaxın yerdə, Daşkəsən ərazisində təsərrüfat yeri var. Təsərrüfat yerində olarkən onun atı vaxtilə Ermənistan Silahlı Qüvvələri tərəfindən minalanmış Kəlbəcər ərazisinə keçib. Atını gətirmək istəyərkən həmin minalardan birinə düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin