İzmirdə ZƏLZƏLƏ oldu

22:58 - 27 Fevral 2023

İzmirdə ZƏLZƏLƏ oldu

Türkiyənin İzmir şəhəri sahilllərində 4,1 bal gücündə zəlzələ olub.

 

Manset.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerli vaxtla saat 21:22-də qeydə alınan zəlzələ 14.5 kilometr dərinlikdə baş verib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin