Arda Turan vergidən yayınmaqda günahlandırılır - Hakim qarşısına çıxa bilər

22:45 - 27 Fevral 2023

Arda Turan vergidən yayınmaqda günahlandırılır - Hakim qarşısına çıxa bilər

Türkiyəli futbolçu Arda Turan İspaniyada vergidən yayınmaqda ittiham olunur.
 

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İspaniyanın "Sport" qəzeti "Barselona" və "Atletiko Madrid"də çıxış edən Arda Turan haqqında vergidən yayınma iddiası ilə istintaq başladıldığını yazıb. 

Gəlirini düzgün vergiyə cəlb etmədiyi üçün xəzinədarlığa cəmi 828 min avro borcu olduğu iddia edilən Arda Turanın iki fərqli dövrə aid cinayətlər törətdiyi iddia edilib.
Prokurorluq “Atletiko Madrid” və “Barselona”da çıxış edən Arda Turanın iki maddə üzrə mühakimə olunmasını tələb edib.
İqtisadi Cinayətlərə Qarşı Mübarizə Prokurorluğuna 2021-ci ildə edilən şikayət nəticəsində futboçu haqqında araşdırma başlanıldığı üzə çıxıb. Arda Turanın 2015-ci ildə 499 min 740 min, 2016-cı ildə isə 328 min 351 avro vergidən yayındığı bildirilib. İttiham tərəfi bildirir ki, keçmiş futbolçu öz öhdəliklərini yerinə yetirmək bir yana qalsın, hətta şəxsi gəlir vergisi ilə bağlı özünü hesablama da təqdim etməyib.

Digər tərəfdən, Sport-da çıxan xəbərdə Ardanın məhkəmə ilə razılaşaraq lazımi məbləği ödədiyi və buna görə də uyğunluq müqaviləsi bağlaya biləcəyi bildirilib. Yenə  Dövlət Prokurorluğunun ittiham aktlarını təqdim edəcəyi gözlənilir. Buna görə də Ardanın məhkəmə qarşısına çıxması ehtimalı var.

Jalə

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin