Elgizin verilişində dava düşdü - VİDEO

21:14 - 27 Fevral 2023

Elgizin verilişində dava düşdü - VİDEO

ARB TV-də yayımlanan "Elgizlə izlə” proqramında mübahisə yaşanıb. 

 

Manset.az xəbər verir ki, proqramda ekspert qismində iştirak edən aparıcı Lalə Mustafayeva ruhi problemi olan qadınlara, "Pozitiv olun, müsbət enerjili olun, siz onun əlindən tutaraq daha da onu yazıq kimi göstərirsiniz”, - desə də, digər həmkarı Pərvanə Tahirqızı onun bu fikirləri ilə razılaşmayıb. O bildirib ki, qadınlara psixoloji kömək lazımdır, onları qınamaq yox, dəstək olmaq mütləqdir.

Pərvanənin, "Siz yəqin dəstək almısınız. Maraqlıdır, kimdən almısınız?”, - sözləri isə Laləni əsəbiləşdirib:

"Özüm özümə dəstək vermişəm. Psixoloqa ehtiyacım yoxdur. Qadın və kişinin işi olmayanda, acqarına yaşamaq olmur. Dərmana da, yeməyə də pul lazımdır”.

Tahirqızı isə Laləyə, "Dava etmək mənlik deyil. Sözləriniz mənə qəribə gəldi ki, ekspertlərə nə olub? Ən hörmətli insanlardır. Mənə söz atırsınızsa, "daydayım”, "tapşıranım” yoxdur. Ali təhsil almışam, əziyyətlə gəlib bu yerə çatmışam”, - deyə cavab verib.

Daha sonra mübahisəyə aparıcı Elgiz Əkbər qoşulub. O, "Başa düşmədim, siz burada biabır olursunuz? Hər adam bu verilişə düşə bilməz", - deyərək Lalənin sözlərinə sərt reaksiya verib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin