Şimali Koreyada bir İLK

15:36 - 27 Fevral 2023

Şimali Koreyada bir İLK

Şimali Koreyada aclıq xəbərinin artmasından sonra yüksək səviyyəli rəsmilər lider Kim Çen Inın rəhbərliyi altında kənd təsərrüfatı siyasətini müzakirə etmək üçün bir araya gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, plenar iclas Koreya Fəhlə Partiyasının qərargahında keçirilib. Rəsmilərin "yeni dövrdə kənd inqilabı proqramını diqqətlə nəzərdən keçirdi və yenidən qiymətləndirdiyi" - bildirilib.

Kənd təsərrüfatı siyasətində atılacaq təxirəsalınmaz addımlar ətrafında müzakirələrin aparıldığı da əlavə edilib. KCNA iclasda qərarların necə qəbul edildiyi və hansı dəyişikliklərin ediləcəyi ilə bağlı heç bir məlumat paylaşmayıb.

Fransanın AFP xəbər agentliyi ölkədə bu cür plenar iclasların ildə bir və ya iki dəfə keçirildiyini, lakin bunun Şimali Koreyada ilk dəfə iki ay içində keçirilən ikinci iclas olduğuna diqqət çəkib.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin