İran və Ermənistan XİN başçıları Cenevrədə görüşdü

13:51 - 27 Fevral 2023

İran və Ermənistan XİN başçıları Cenevrədə görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Ermənistanın XİN başçısı Ararat Mirzoyanla BMT-inin İnsan Hüquqları üzrə Şurasının 52-ci sessiyası çərçivəsində fevralın 27-də Cenevrədə görüşüb.

 

Manset.az xəbər verir ki, məlumatı “Fars” agentliyi yayıb.

Bildirilib ki, İran və Ermənistan nümayəndə heyətləri ikitərəfli münasibətləri müazkirə edib.

Qeyd edək ki, bu, nazirlərin son 6 ayda üçüncü görüşdür.

Xatırladaq ki, Ararat Mirozyan fevralın 27-28-də Cenevrədə işgüzar səfərdədir.

BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında irqi ayrı-seçkilik və uşaqlara qarşı zorakılıqla mübarizə, əlilliyi olan şəxslərin vəziyyəti, qida və inkişaf hüququnun təmin edilməsi ilə bağlı məsələlərə baxılacaq.

Şuraya daxil olan 47 ölkənin nümayəndələri Ukrayna, Fələstin, Əfqanıstan, Sudan, Suriya və başqa ölkələrdəki bu istiqamətdə vəziyyətin müzakirəsi nəzərdə tutulub. Toplantı aprelin 4-dək davam edəcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin