Qazaxıstanda hərbi hissənin anbarında  daha bir partlayış oldu

13:27 - 29 Avqust 2021

Qazaxıstanda hərbi hissənin anbarında  daha bir partlayış oldu

Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin silah-sursat anbarında daha bir partlayışı qeydə alınıb.

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xəsarət alan olmayıb.

Qeyd edək ki, avqustun 26-da ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 13 nəfər həyatını itirib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin