COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
13:02 - 29 Avqust 2021
Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir medal qazanıb.
Manset.az xəbər verir ki, paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev (+100 kq) Paralimpiadada 3-cü yeri tutub.Buna həmyerlimizin rəqibi olan Şirin Şaripovun (Özbəkistan) bürünc medal uğrunda görüşə çıxmayacağı səbəb olub. Nəticədə Azərbaycan yığması Tokioda 11-ci medalını qazanıb. Komandamızın hesabında 8 qızıl, 3 bürünc mükafat var.
Bu, Zəkiyevin karyerasında 4-cü Paralimpiada medalı olub. Millimizin lideri Afina-2004 və Pekin-2008-də qızıl, London-2012 və Tokio-2020-də bürünc mükafat qazanıb.
Qeyd edək ki, 1/4 finalda Cənubi Koreya təmsilçisi Van-Gen Çoiyə uduzan Zəkiyev təsəlliverici qarşılaşmada yamaykalı Teador Subbaya qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.(Apasport.az)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin