İsrail prezidenti yəhudiləri qınadı: Bu, bizim yolumuz deyil

11:26 - 27 Fevral 2023

İsrail prezidenti yəhudiləri qınadı: Bu, bizim yolumuz deyil

İsrail prezidenti İsaak Hersoq, yəhudi mühacirlərin İsrailin işğalı altında olan Nablusda fələstinlilərə qarşı təşkil etdiyi hücumu pislədiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hersoq açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:

"Bildirirəm ki, qanunu öz əlinə almağı, iğtişaşlar törətməyi və günahsız insanlara qarşı zorakılıq tətbiq etməyi qətiyyətlə pisləyirəm. Bu, bizim yolumuz deyil. Biz İsrail ordusuna, polisinə və təhlükəsizlik qüvvələrinə imkan verməliyik ki, bu yaramaz terrorçuları tutsunlar və dərhal asayişi bərpa etsinlər".

Digər tərəfdən, İsrail ordusundan verilən yazılı açıqlamada, Nablusdakı hadisələrlə əlaqədar Yəhudeya və Samariya yaşayış məntəqələrində daha iki hərbi hissənin gücləndirildiyi, Nablus yaxınlığındakı təhlükəsizlik məntəqələrinin artırıldığı bildirilib.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin