Dumanlı hava nə vaxtadək davam edəcək?

09:51 - 27 Fevral 2023

Dumanlı hava nə vaxtadək davam edəcək?

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. 

 

ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı  dumanın  əmələ gəlməsinə  səbəb olub.  

G.Məmmədovanın sözlərinə görə, duman nəticəsində Bakıda və Abşeron yarımadasında, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar rayonlarında  görünüş məsafəsi 50 -500 metrədək məhdudlaşıb.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti fasilələrlə martın 1-i axşamadək davam edəcək.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin