Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA: 2 nəfər öldü - RƏSMİ

09:31 - 27 Fevral 2023

Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA: 2 nəfər öldü - RƏSMİ

Bu gecə saat 00:30 radələrində Bakı-Qazax magistralının Ağstafadan keçən 465-ci kilometrliyində ağır yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, Xəlilov Məmməd İsrail oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobil Əsədov Ramil Akif oğlunun sürdüyü “MAN” markalı TIR-a çırpılıb.

Nəticədə sürücü - 35 yaşlı Məmməd Xəlilov və sərnişini Orxan Rzayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Bakı-Qazax avtomobil yolunda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 465-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub:

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ВАЗ" markalı minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin