Azərbaycanda dəhşətli hadisə: Bərdədə qardaş qısqanclığa görə dostu ilə birgə qardaşını öldürdü

12:24 - 29 Avqust 2021

Azərbaycanda dəhşətli hadisə: Bərdədə qardaş qısqanclığa görə dostu ilə birgə qardaşını öldürdü

Qardaş dostu ilə əlbir olub qardaşını öldürüb.

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Bərdənin Hacıallı kəndində qeydə alınıb.1988-ci il təvəllüdlü İnayət Nəzərov dostu Şəhriyarla qardaşı, 1984-cü il təvəllüdlü Səxavət Nəzərovu bıçaqlayaraq öldürüb.

Qardaşların əmisi Nofəl Əliyev bildirib ki, qardaşlar arasında uzun illər əvvəl yaranan mübahisəyə səbəb qısqanclıq olub. Mərhumun 5 gün əvvəl isə övladı dünyaya gəlib.

Cinayəti törədən şəxslər saxlanılıb

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin