Arıqlama dərmanları bu xəstəliklərə səbəb ola bilər - HƏKİM DANIŞDI

21:43 - 26 Fevral 2023

Arıqlama dərmanları bu xəstəliklərə səbəb ola bilər - HƏKİM DANIŞDI

"Arıqlama preparatları mədəaltı vəzin iltihablanmasına səbəb ola bilər". 

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə terapevt Sarah Jarvis müsahibəsində bildirib. 

Onun sözlərinə görə, əsasən də arıqlamaq üçün istifadə edilən iynələr pankreatit və digər sağlamlıq problemlərinə gətirib çıxarır. 

"Artıq çəkili insanlar çox vaxt diabetik dərmanlara müraciət edir. Bununla onlar nifrət etdikləri piylərindən tez xilas olmağa çalışırlar. Ancaq bu zaman qidalanma pozğunluğu olan insanlar diqqətli olmalıdır. Çünki bu preparatlar, iynələr vəziyyəti daha da pisləşdirə bilər. Ümumilikdə bütün dərmanların xeyri kimi əks və yan təsirləri də var. Onlardan istifadə zamanı öd kisə problemləri, böyrək çatışmazlığı, allergiya və depressiya kimi hallar istisna edilmir", - Jarvis deyib. 

Terapevt bildirib ki, dərmanların ən çox yayılmış yan təsirlərindən biri ağır pankreatitdir: 

"Təhlükəli və ağrılı vəziyyət diabetik iynələrdən istifadə edən 500 nəfərdən birində baş verir. Bu iynələr yalnız pəhriz və fiziki fəaliyyət daxil olmaqla, bütün həyat tərzində dəyişikliyə səbəb olur. Dərmanı qəbul edən insanların təxminən yarısında bağırsaq problemləri, ürəkbulanma, şişkinlik, qəbizlik müşahidə olunur" -  Sarah əlavə edib.

Jarvis bu cür dərmanları yalnız arıqlama mütəxəssislərinin nəzarəti altında qəbul etməyi məsləhət görüb. 

Onu da qeyd edək ki, həkim bəzi məşhur simaların internet üzərindən arıqlama dərmanlarını reklam etməsini də qınayıb. Onun sözlərinə görə, bu qəbuledilməzdir və qarşısı alınmalıdır. 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin