Akar zəlzələ bölgəsindəki tibb personalımız ilə görüşdü

14:03 - 26 Fevral 2023

Akar zəlzələ bölgəsindəki tibb personalımız ilə görüşdü

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycandan zəlzələ bölgəsinə göndərilən tibb personalı ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Türkiyə və Azərbaycanın “iki dövlət, bir millət” olduğunu vurğulayan Akar, “Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində bir yumruq, bir ürək kimi hərəkət etdiyimiz kimi, bu gün də birlikdə fərqli bir mübarizə aparırıq. Azərbaycan və Türkiyə ilə bütün qardaşlarımızın müdafiəsi və təhlükəsizliyi üçün kədər və sevinc içində bir yerdəyik. Sağ olun, yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, - qeyd edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin