AzTV-nin əməkdaşı Zelenskinin mətbuat konfransında: Ukrayna lideri hansı vacib mesajlar verdi? - VİDEO

15:30 - 25 Fevral 2023

AzTV-nin əməkdaşı Zelenskinin mətbuat konfransında: Ukrayna lideri hansı vacib mesajlar verdi? - VİDEO

Müharibənin ildönümü ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı keçirib.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, mətbuat konfransında Azərbaycan Televiziyasını xüsusi müxbir Amal Alışarlı təmsil edib.

Dünyanın 300-ə yaxın media qurumunun yer aldığı konfransdan AzTV-nin xüsusi müxbiri reportaj hazırlayıb.

Azərbaycan Televiziyası müharibə başlayandan düz bir ildir, hər gün Ukraynadan birbaşa bağlantılar və reportajlar yayımlayıb. 

Mətbuat konfransında Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və mütamadi əlaqədə olduqlarını qeyd edib. Həmçinin Ukrayna Prezidenti Azərbaycanla tərəfdaşlığın vacibliyini vurğulayıb.

Amal Alışarlının Kiyevdəki mətbuat konfransından hazırladığı reportajı sizə təqdim edirik:


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin