Zelenski Çin prezidenti ilə görüşmək istəyir – SƏBƏB

19:46 - 25 Fevral 2023

Zelenski Çin prezidenti ilə görüşmək istəyir – SƏBƏB

Ukrayna Prezidenti Volodimir Zelenski, Çin prezidenti Şi Cinping ilə görüşmək istədiyini bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin Ukraynadakı müharibənin siyasi həlli ilə bağlı nəşr olunan 12 maddəlik sənədinə toxunan Zelenski, "Mənə elə gəlir ki, Çinin sülh planı, bir həll və ya bəyannamə deyildi. Çin sadəcə fikirlərini göstərir. Çinin Ukrayna haqqında danışması çox yaxşıdır" - deyib.

Çinin bəzi fikirlərdə iştirak etmədiyini ifadə edən Zelenski, "Beynəlxalq hüquqa hörmət, ərazi bütövlüyü və müəyyən təhlükəsizlik məsələləri ilə bağlı Çin ilə işləmək lazımdır. Bizim vəzifəmiz bəzilərini təcrid etmək üçün hər kəsi bir araya gətirməkdir" – deyə əlavə edib.

O, Çinin ədalətli bir sülhlə olmasına ümid etdiyini ifadə edib:

"Bu mənim üçün vacibdir. Çinin Rusiyaya silah tədarük etməyəcəyinə inanmaq istəyirəm. Bu ən vacib məqamdır və bunun qarşısını almaq üçün hər şeyi edirəm”.

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin